“Tottenhem” hücumçusu ilə bağlı qərar verib

“Tottenhem” rəhbərliyi komandanın hücumçusu Son Hın Minlə əməkdaşlığı genişləndirmək istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu cənubi koreyalı oyunçu ilə sözləşməni bir il müddətinə uzatmaq variantını aktivləşdirməyə hazırlaşır. Tərəflər arasındakı hazırkı müqavilə 2025-ci ilin yayında başa çatacaq.

32 yaşlı hücumçu cari mövsümdə “Tottenhem”in heyətində 20 matçda iştirak edib, 7 qol vurub, 6 məhsuldar ötürmə verib. Onun komandası İngiltərə çempionatının 17 turundan sonra 23 xal toplayıb və turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button