Qvardiola narazıdır
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının sıx iş qrafikindən narazıdır.
Komanda.az “Hayters TV”-yə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı gələn mövsüm 30 futbolçuya ehtiyaclarının olacağını bildirib:
“Ötən mövsüm Rodri Hernandes 75 oyun keçirib. Oyunçulara bir neçə ay istirahət verin, sonra 80 matç oynadın. Gələn mövsüm 30 futbolçuya ehtiyacımız olacaq”.
“Şəhərlilər” uzun sürən oyun böhranı yaşayırlar. Qvardiolanın komandası son 11 matçın 8-də məğlub olub. Komanda Premyer Liqada 5-ci, UEFA Çempionlar Liqasında isə 22-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin