Keyn “Bayern”ə kömək edə bilməyəcək

“Bayern”in hücumçusu Harri Keyn Almaniya çempionatının 14-cü turunun “Maynts”la oyununda komandasına kömək etməyəcək.

Komanda.az Almaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Vensan Kompani məlumat verib:

“Komanda yaxşı həftə keçirdi. Keyn digər zədəli futbolçularla birlikdə qarşıdakı matçda meydanda olmayacaq. Çempionlar Liqasında çıxış etmiş oyunçular hazırdır”.

31 yaşlı hücumçu Bundesliqanın cari mövsümündə 12 matçda iştirak edib, 14 qol (beşi penaltidən) vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button