“Qarabağ”ın əks-hücumda təhlükəli komanda olduğunu bilirdik”

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Qarabağ”a 1:2 hesabı ilə məğlub olan APOEL-in futbolçusu Linus Hallenius matçdan sonra açıqlama verib.

Komanda.az Kipr mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu, mərhələni keçəcəklərinə inandığını bildirib:

“Rəqib müdafiədə etibarlı idi. Bizə şans yaratmağa imkan vermirdi. “Qarabağ”ın əks-hücumda təhlükəli komanda olduğunu bilirdik. Son dəqiqələrdə meydana daxil olsam da, fərqlənə bilərdim. Amma zərbə anında qapını görə bilmirdim. Məğlub olmağımıza baxmayaraq, ümidimizi itirmirik. Hələ də inamımız var. Bakıya gedib orda qollar vurmalı və qapımızı toxunulmaz saxlamalıyıq. Bunun üçün də hücumda daha kəsərli olmalıyıq”.

Komandalar arasında Bakıda keçiriləcək cavab matçına avqustun 13-də, saat 20:30-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button