“Turan Tovuz” rəsmisindən ayağı qırılan futbolçu ilə bağlı açıqlama
“Turan Tovuz”un futbolçusu Denis Marandiçi Azərbaycan kubokunun 1/8 final mərhələsində “Sabah”a qarşı oyunda ağır zədə alaraq oyunu tərk edib.
Komanda.az ayağı qırılan moldovalı müdafiəçinin son durumu ilə bağlı Tovuz klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevlə əlaqə saxlayıb. Tağıyev həkimdən cavab gözlədiklərini bildirib:
“Marandiçi Bakıdadır. Bu gün əməliyyat olunmalı idi. Həkimdən cavab gözləyirəm”.
Daha əvvəl bildirilirdi ki, ehtiyac duyularsa, 28 yaşlı futbolçunun əməliyyatı ölkə xaricində həyata keçiriləcək.
“Turan Tovuz” penaltilər seriyasında “Sabah”a uduzaraq, kubokla vidalaşıb.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin