“Mançester Siti” çətin günlər yaşayır” – “Liverpul”un futbolçusu

“Liverpul”un hücumçusu Kodi Qakpo “Mançester Siti” üzərindəki qələbədən (2:0) danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, niderlandlı futbolçu hazırda hər şeyin yaxşı olduğunu bildirib:

“Hazırda hər şey yaxşıdır, amma mövsüm hələ bitməyib. Biz diqqət mərkəzində qalmalıyıq. Deməzdim ki, “Mançester Siti” özündən əmin deyil, amma komanda çətin günlər yaşayır. Bu gün “şəhərlilər” topa əla nəzarət etdiklərini bir daha göstərdilər”.

Qakpo bazar günü keçirilən matçın 12-ci dəqiqəsində hesabı açıb. Sonda Məhəmməd Salah meydan sahiblərinin ikinci qolunu vuraraq, yekun nəticəni tabloya yazdırıb.

“Liverpul” Premyer Liqanın 13 turundan sonra 34 xalla turnir cədvəlindəki liderliyini möhkəmləndirib və “şəhərlilər”lə xal fərqini 11-ə çatdırıb. Pep Qvardiolanın komandası çempionatda ardıcıl 4 məğlubiyyətdən sonra 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button