Kloze Mahirə inanır: “Ümid edirəm ki, milli ilə kifayət qədər çalışıb”

Almaniya mətbuatı 2-ci Bundesliqanın 13-cü turunun bu gün keçiriləcək “Paderborn” – “Nürnberq” matçı haqda yazarkən Azərbaycan millisinin üzvü Mahir Emrelini də unutmayıb.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Emreli və “Nürnberq”in digər milli üzvləri düşərgəyə tam sağlam qayıdıblar, bu gün də start heyətində meydana çıxmalıdırlar.

Həmçinin, komandanın baş məşqçisi Miroslav Kloze ümid edir ki, Emreli və Kastrop “Paderborn”la matça tam hazır olacaqlar:

“Ümid edirəm ki, onlar milli ilə kifayət qədər çalışıblar”.

Bu gün keçiriləcək oyun saat 21:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button