Venesuelalı azarkeşlərdən Vinisiusa dəstək – FOTO

Venesuela millisinin azarkeşləri DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya yığması ilə oyunda (1:1) “Real”ın yarımmüdafiəçisi Vinisius Juniora dəstək posteri açıblar.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, venesuelalı azarkeşlər üzərində “Vinisius Junior. “Qızıl top”. Şübhəsiz ki” yazılan pankart nümayiş etdiriblər.

2023/24 mövsümünün “qızıl top”u “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri Hernandesə verilib. Vinisius ikinci yerdə qərarlaşıb. Bundan sonra ötən mövsümün nəticələrinə əsasən Parisdə təşkil edilən “qızıl top”un və bir sıra digər mükafatların təqdimetmə mərasimində “Real”ın bir nəfər də olsun nümayəndəsi olmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button