“De Bruyne rahat deyil, tam sağalmalıdır” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola zədəli yarımmüdafiəçi Kevin De Bruynenin sağalması ilə bağlı danışıb.

Komanda.az “şəhərlilər”in mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı futbolçunun məşqdə yaxşı çıxış etdiyini bildirib:

“Onun nə vaxt qayıdacağını deyə bilmərəm. Kevin məşqdə yaxşı çıxış edir, amma yenə də, topa vurmaq ona əziyyət verir. İndi o, rahat deyil, tam sağalmalıdır. Vəziyyəti yaxşılaşır, hələlik optimal deyil”.

De Bruyne UEFA Çempionlar Liqasının “İnter”lə oyununda zədələnib. Sentyabrın 18-də baş tutan matçdan sonra belçikalı futbolçu meydana çıxmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button