Messi: “Martines üçün çox şadam”
“Qızıl top”un səkkizqat sahibi Lionel Messi “France Football”ın mükafatının təqdimat mərasiminin nəticələrini şərh edib.
Komanda.az xəbər verir ki, argentinalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında nominasiyalar üzrə bütün qalibləri təbrik edib:
“Nominasiyalar üzrə bütün qalibləri təbrik edirəm. Xüsusilə, Emiliano Martines üçün çox şadam. O, əla oğlandır”.
Martines dünyanın ən yaxşı qapıçısı kimi tanınıb və Lev Yaşin mükafatını alıb.
“Qızıl top”un qalibi “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodri Hernandes olub. İkinci yeri “Real”ın hücumçusu Vinisius Junior, üçüncü yeri isə onun komanda yoldaşı Çud Bellingem tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin