“Barselona” onunla anlaşa biləcəyinə inanır
“Barselona” əsas oyunçusuna yeni müqavilə təklif etmək niyyətindədir.
Komanda.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, söhbət bu mövsümü əla keçirən Rafinya Diasdan gedir.
Kataloniya klubu braziliyalı yarımmüdafiəçi ilə yeni anlaşmanı razılaşdıra biləcəklərinə inanır. 27 yaşlı futbolçunun “Barsa” ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Rafinya cari mövsümdə bütün yarışlarda 14 matçda iştirak edib, 10 qol vurub və 9 məhsuldar ötürmə verib. O, 2022-ci ilin yayından “Barselona”nın rənglərini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin