“Real”ın sabiq futbolçusu Sequnda klubuna keçə bilər

“Real”ın sabiq oyunçusu, hazırda klubsuz olan hücumçu Mariano Diaz karyerasını İspaniyanın ikinci divizionunda davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu ilə “Tenerife” maraqlanır. Komanda hazırda Sequndada turnir cədvəlində sonuncu yerdədir. Klub ümid edir ki, Diazın transferi komandaya turnirdəki mövqeyini yaxşılaşdırmağa kömək edəcək.

Diaz 2023/24 mövsümündə “Sevilya”da çıxış edib. O, bu komanda ilə İspaniya La Liqasında 9 matçda iştirak edib və qol vurmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button