MS “Barselona”nın futbolçusunu “qaralayıb”

“Barselona”nın vingeri Rafinya Diasın karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək imkanı var.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu “Mançester Siti”nin maraq dairəsindədir.

“Şəhərlilər” 27 yaşlı yarımmüdafiəçiyə göz dikib və gələcəkdə onun üçün təklif verə bilər. Onun transfer dəyəri 60 milyon avro qiymətləndirilir.

Rafinyanın “Barselona” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. O, UEFA Çempionlar Liqasının 3-cü turunun “Bayern”lə matçının əsas qəhrəmanına çevrilib. 4:1 hesablı qələbə qazanan kataloniyalıların qollarından üçünü Rafinya vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button