“Liverpul” “Barselona”nın müdafiəçisi ilə maraqlanır

Fransa millisinin və “Barselona”nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.

“Liverpul” 25 yaşlı futbolçunun transferində maraqlıdır. Mersisaydlılar Kundeni gələn yay “Real”ın sıralarına qoşula biləcək Trent Aleksander-Arnolda alternativ kimi nəzərdən keçirir.

“Transfermarkt” fransalı futbolçunun bazar dəyərini 55 milyon avro qiymətləndirilir. Onun “Barselona” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi hesablanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button