Azərbaycan klubu bu gün Avropa kubokunda mübarizəyə başlayacaq

“Vüqar Həşimov” komandası bu gün Serbiyanın Vranyaçke-Bane şəhərində klublar arasında start götürəcək şahmat üzrə Avropa kubokunda mübarizəyə başlayacaq.

Komanda.az xəbər verir ki, ilk turda təmsilçimiz Norveçin SOSS klubuyla qarşılaşacaq.

“Vüqar Həşimov” klubunun heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Vüqar Əsədli, Əhməd Əhmədzadə, Vüqar Manafov, Ülvi Sadıxov və Read Səmədov çıxış edəcək. Komandanın kapitanı Sərxan Həşimov olacaq.

Ümumilikdə 84 klubun yarışdığı Avropa kubokunda 7 tur oynanılacaq. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov Türkiyənin “Bayegan Pendik Chess”, Günay Məmmədzadə və Gövhər Beydullayeva Serbiyanın “Sirmium Sremska Mitroviça”, Ülviyyə Fətəliyeva isə Rumıniyanın “Super Chess” klublarında çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button