Braziliya prezidentindən qeyri-adi açıqlama

Braziliyanın prezidenti Lula da Silva qeyri-adi açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə prezidenti hesab edir ki, Avropa klublarının futbolçuları milli komandada oynamamalıdır:

“Xaricdə çıxış edənlər burada oynayanlardan heç də yaxşı deyil. Neçə vaxtdır deyirəm ki, Braziliyada oynayanları milliyə çağırmaq lazımdır. Biz xaricdən gələn futbolçulara yox, onlara şans verməliyik. Nə Qarrinça var, nə də Romario. Burada gənc oyunçular var, amma ulduzlar yoxdur”.

Braziliya millisi dünən dünya çempionatının seçmə mərhələsində Çili yığmasına 2:1 hesabı ilə qalib gəlib. Dorival Juniorun komandası turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button