Sentyabrın ən yaxşıları “Çelsi”nin baş məşqçisi və futbolçusu oldu
“Çelsi”nin çalışdırıcısı Enzo Mareska Premyer Liqada sentyabrın ən yaxşı məşqçisi seçilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, cəmi iki ay Premyer Liqada baş məşqçi işləyən italiyalı çalışdırıcının rəhbərliyi altında “Çelsi” sentyabrda üç qələbə qazanıb (“Bornmut” üzərində 1:0, “Vest Hem” 3:0 və “Brayton” 4:2), bir dəfə heç-heçə edib (“Kristal Pelas” – 1:1).
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer isə Premyer Liqada sentyabr ayının ən yaxşı oyunçusu seçilib.
Palmer payızın ilk ayında “Çelsi”nin heyətində üç oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin