Türkiyə klubu Dibala ilə maraqlanır

“Qalatasaray” “Roma”nın hücumçusu Paulo Dibala ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu qış transfer pəncərəsində 30 yaşlı argentinalı futbolçunu transfer etməyə çalışa bilər.

Dibalanın “Roma” ilə hazırkı müqaviləsi 2024/2025 mövsümünün sonuna qədərdir.

“Qalatasaray” sentyabrda “Napoli”nin hücumçusu Viktor Osimheni icarəyə götürüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button