“Real” fransalı futbolçunun satışını istisna etmir

“Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni yay transfer dövründə klubdan ayrıla bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Madrid təmsilçisində qalmaq istəsə də, klub onun satışını istisna etmir. Oyunçuya “Mançester Yunayted” ciddi şəkildə maraq göstərir.

Tçuameni ötən mövsüm bütün turnirlərdə 49 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. “Transfermarkt” portalı fransalı yarımmüdafiəçinin bazar dəyərini 70 milyon avro olaraq göstərir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button