
DÇ-2026: Özbək futbolçu azarkeşlərdən üzr istədi
Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov Portuqaliyaya 0:5 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“0:5 hesablı böyük məğlubiyyət. Son matçda əlimizdən gələni etdik. Amma bu kimi rəqiblərə qarşı şans da lazımdır. Portuqaliya millisinin çoxlu əla oyunçuları var. Azarkeşlərimizdən üzr istəyirəm. Konqo ilə oyuna hazırlaşacağıq. Qalib gəlmək istəyirik”.
Özbəkistan millisinin iki oyundan sonra qrupda xalı yoxdur və sonuncu yerdə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



