“Arsenal”ın gözü sloveniyalı hücumçudadır

“Arsenal” gələn yay “Leyptsiq”in hücumçusu Benjamin Şeşko ilə maraqlana bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu yaxın gələcəkdə sloveniyalı forvardın transferini istisna etmir.

Mikel Artetanın komandası bu yay Şeşkoya iddialılar arasında idi, lakin o, sonda hazırkı klubunda qalmağa qərar verdi. Şeşko “Leyptsiq”lə yeni müqavilə imzaladıqdan sonra onun sözləşməsinə 50 milyon avroya yaxın sərbəst qalma maddəsi salınıb.

21 yaşlı forvard Bundesliqanın yeni mövsümünə 6 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə başlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button