Emeri: “Şadam ki, ən yaxşılar sırasındayıq”
“Aston Villa”nın baş məşqçisi Unay Emeri İngiltərə çempionatının 7-ci turunda “Mançester Yunayted”lə oyunun nəticəsini (0:0) şərh edib.
Komanda.az Birmingem klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı nəticənin ədalətli olduğunu bildirib:
“Deyə bilərəm ki, heç-heçə hər iki komanda üçün ədalətli nəticədir. “Mançester Yunayted”ə qarşı oynadıq. Bu oyundan sonra Premyer Liqanın ilk 5-liyindəyik. Şadam ki, biz ən yaxşılar sırasındayıq. Çempionatda uğur qazanmaq üçün çalışmaqda davam edəcəyik”.
Premyer Liqanın 7 turundan sonra “Aston Villa”nın 14 xalı var və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Emerinin komandası lider “Liverpul”dan 4 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin