ÇL: “Qarşıda böyük komandalara qarşı iki oyunumuz var”
“Yuventus”un baş məşqçisi Tiaqo Motta Çempionlar Liqasında “Leyptsiq”ə qalib gəldikləri oyundan (3:2) sonra jurnalistlərə açıqlama verib.
Turin komandası Almaniyada keçirilən matçın 59-cu dəqiqəsindən sonra 10 nəfərlə oynayaraq əzmkar qələbə qazanıb.
Komanda.az “Prime Video”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı indi A Seriyasında “Kalyari” ilə oyun barədə düşünməli olduqlarını bildirib:
“Çempionlar Liqasında nəyə nail ola bilərik? Bu haqda danışmaq hələ tezdir. Qarşıda böyük komandalara qarşı iki oyunumuz var. İndi yalnız A Seriyasında “Kalyari” ilə görüş barədə düşünməliyik. Bu gün bəzi zədəlilər var idi və biz hələ də bunun nə qədər ciddi olduğunu öyrənməliyik”.
UEFA Çempionlar Liqasının iki turundan sonra “Yuventus”un aktivində 6 xal var. Turin komandası növbəti turda evdə “Ştutqart”ı qəbul edəcək. Qarşılaşma oktyabrın 22-də keçiriləcək.
Bizi Facebook-da izləyin