Ronaldo “Əl-Nəsr”lə yeni müqavilə imzalaya bilər

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo müqavilənin uzadılması üçün Səudiyyə Ərəbistanı klubu ilə danışıqlara başlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verie ki, portuqaliyalı futbolçu 2026-cı il dünya çempionatında mübarizə aparmaq niyyətindədir və ona oyun praktikası lazımdır. Bu baş verərsə, forvard tarixdə altı müxtəlif dünya çempionatında iştirak edən ilk futbolçu olacaq.

Ronaldo 2022-ci ildə “Əl-Nəsr”ə keçib. Səudiyyə Ərəbistanı klubu oyunçu ilə 2,5 illik müqavilə imzalayıb. Müqavilənin hər mövsüm üçün 200 milyon avro olduğu bildirilir.

39 yaşlı hücumçu bu mövsüm “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 7 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button