“Liverpul” ona yaxşı müqavilə təklif etməsə, bu, klubun günahı olacaq” – Keçmiş futbolçu
“Liverpul”un sabiq futbolçusu Qlen Conson Trent Aleksander-Arnoldun Mersisayd nəhəngində gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “The Mirror”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, hər şeyin yaxışı olacağını bildirib:
“Trent yerli oğlandır. Məncə, hər şey yaxşı olacaq. Ancaq “Liverpul” ona yaxşı müqavilə təklif etməsə, Aleksander-Arnoldun gedişində bu, klubun günahı olacaq. Azarkeşlər bununla razılaşacaqlar”.
Daha əvvəl mətbuatda 25 yaşlı müdafiəçi ilə “Real”ın maraqlandığı barədə xəbərlər yayılmışdı. Onun “qırmızılar”la hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Aleksander-Arnold Premyer Liqanın cari mövsümündə 5 oyun keçirib, 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin