Seneqal millisinin üzvü rəsmən PSJ-də
Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Paris təmsilçisi “Everton”dan İdrissa Queyeni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Fransa mətbuatının xəbərinə görə, PSJ Queye üçün 32 milyon avro təzminat ödəyib.
Queye 63 dəfə formasını geyindiyi Seneqal millisində 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin