“Bayern”i tərk edəcəyi deyilən futbolçudan açıqlama

“Bayern”in müdafiəçisi Alfonso Deyvis klubla müqavilənin mümkün uzadılması ilə bağlı sualı cavablandırıb.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, o, tək məqsədinin oyunlarda qalib gəlmək olduğunu söyləyib:

“Bu sualı mənim agentimə verin. Mən hər matçda qalib gəlməyə fokuslanmışam və indi başqa heç nə düşünmürəm. “Bayern”də qalıb-qalmamağımdan asılı olmayaraq, bu klubu həmişə ürəyimdə daşıyacam”.

Deyvis 2019-cu ilin yanvarından Münhen klubunda çıxış edir. Tərəflər arasında hazırkı müqavilə cari mövsümün sonunda başa çatacaq və çox güman ki, yenilənməyəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button