“Liverpul”un baş məşqçisi Nunyeslə bağlı vəd verdi

“Liverpul”un baş məşqçisi Arne Slot hücumçu Darvin Nunyes üçün daha çox oyun vaxtı vəd edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı Nunyesin məşqlərdə yaxşı irəlilədiyini və yaxın gələcəkdə komandanın aparıcı hücumçusu Dioqo Jota ilə layiqli rəqabət aparacağını bildirib:

“Darvin Nunyes yaxın gələcəkdə şans qazanacaq, biz çoxlu oyun keçiririk. Uruqvaylı forvard getdikcə daha da yaxşılaşır. Amma həqiqət budur ki, o, son vaxtlar həqiqətən uğur qazanmış Dioqo Jota ilə rəqabət aparır”.

Nunyes bu mövsüm İngiltərə Premyer Liqasında 3 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button