MY braziliyalı futbolçudan əl çəkmir
“Mançester Yunayted” hələ də “Atalanta”nın yarımmüdafiəçisi Ederson Lourençonu transfer etməyə ümid edir.
Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” yaxın gələcəkdə Edersonun transferi ilə bağlı “Atalanta” ilə razılığa gəlmək istəyir. Futbolçunun özü də karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə açıqdır.
Braziliyalı futbolçu Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda “Arsenal”la matçın (0:0) ən yaxşı oyunçusu seçilib. 25 yaşlı yarımmüdafiəçi cari İtaliya çempionatında 4 matçda 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin