“Real”ın Haland arzusu

“Real” “Mançester Siti”nin hücumçusu Erlinq Halandı almaq niyyətindədir. Bu baxımdan, “kral klubu” hücum xəttində həddindən artıq sıxlıq olduğu üçün hücumameyilli oyunçularından birini satmalı olacaq.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Madrid klubu Vinisius Junior və ya Rodriqo ilə yollarını ayıra bilər. Birincinin Səudiyyə Ərəbistanından təklifləri var və “Mançester Yunayted”lə “Liverpul” da onunla maraqlanır.

“Mançester Siti” və PSJ Rodriqonu transfer etməkdə maraqlıdır.

Daha əvvəl “Real”ın gələn yay Halandı transfer etməyə çalışacağı bildirilirdi. Norveçli forvardın başlanğıc qiyməti 150 milyon avro olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button