“Atletiko” Kimmixin agenti ilə əlaqə saxlayıb
Coşua Kimmixn gələcəyi müzakirə mövzusu olaraq qalır. Onun “Bayern”lə hazırkı müqaviləsinin gələn yaya qədər olduğunu nəzərə alsaq, bu, təəccüblü deyil.
Komanda.az “Todafichajes”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçunun adı uzun müddətdir ki, “Real” və “Barselona” ilə yanaşı halanır.
29 yaşlı yarımmüdafiəçinin Kataloniya klubuna keçməyə üstünlük verdiyi barədə də məlumat var. O, həmçinin son zamanlar “Atletiko”nun “radar”ına düşüb. Madrid klubu artıq Kimmixin agenti ilə əlaqə saxlayıb.
Kimmix 2024/25 mövsümündə 4 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin