Argentina millisinin keçmiş futbolçusu karyerasını bitirdi

Argentina millisinin sabiq futbolçusu Dieqo Perotti karyerasını bitirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu bunu sosial şəbəkə hesabında açıqlayıb.

Onun peşəkar karyerasındakı son klubu “Salernitana” (İtaliya) olub.

Perotti İspaniyada “Sevilya”, Argentinada “Boka Xuniors”, İtaliyada “Cenoa” və “Roma”, Türkiyədə “Fənərbaxça” kimi klubların da formasını geyinib. 2018-ci ildə yığma karyerasını bitirən futbolçu ölkəsinin əsas komandasının heyətində 5 matçda meydana çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button