“Atletiko” Qrizmannı əvəz edəcək oyunçunu tapıb

Son Hın Min gələn yay komandasını dəyişə bilər.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, “Atletiko” cənubi koreyalı futbolçu ilə ciddi maraqlanır. Madrid klubu artıq Sonun nümayəndələri ilə əlaqə saxlayıb.

32 yaşlı forvardın Yaxın Şərq klublarının da maraq dairəsində olduğu, lakin onun karyerasını Avropada davam etdirməyə üstünlük verdiyi vurğulanır. Son “Atletiko”da Antuan Qrizmannı əvəz edə bilər – fransalı futbolçunun bu mövsümün sonunda MLS-ə keçməsi gözlənilir.

Sonun “Tottenhem”lə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. O, 2015-ci ilin yayından bu komandada çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button