“Slovakiyanı əks-hücumlarda yaxalamaq istəyirdik” – Fernandu Santuş
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Slovakiya yığmasına qarşı keçirdikləri Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, təcrübəli mütəxəssis 0:2 hesablı məğlubiyyət barədə danışıb:
“Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni etdik. Oyun ərzində topu çox itirirdik. Slovakiyanı əks-hücumlarda yaxalamaq istəyirdik. Rəqib yığma çox pressinq edirdi. İntensiv oyun göstərə bilməməyimiz problemlərimizdən biridir. Yaxşı müdafiə oluna bilərik, hücumlar da yarada bilərik. Lakin bunun üçün çox çalışmaq lazımdır”.
Azərbaycan millisi C Liqasının 1-ci qrupunun ilk görüşündə İsveçə də 1:3 hesabı ilə uduzmuşdu.
Bizi Facebook-da izləyin