“Dinamo” -“Qəbələ” matçının təyinatları açıqlandı
Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Dinamo” (Tbilisi) – “Qəbələ” matçının təyinatları açıqlanıb.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu Finlandiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Petri Vilyanen olacaq. Ona yan xətt hakimləri Riku Vihreavuri və Mika Lamppu kömək edəcək. Dördüncü hakim funksiyasını isə Dennis Antamo yerinə yetirəcək.
Maçın hakim-inspektoru Yens Larsen (Danimarka), UEFA nümayəndəsi isə Sergey Lisnik (Moldova) olacaq.
“Dinamo” – “Qəbələ” matçı avqustun 1-də, saat 21:00-da start götürəcək. Komandalar arasında Qəbələdə keçirilən ilk görüşdə gürcülər 2:0 hesabı ilə qalib gəlmişdilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin