“Həmin an qürur duydum, o anın xüsusi olduğunu düşündüm” – Klopp
İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp, son mövsümdə Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona”ya qarşı keçirdikləri oyunlar haqqında danışıb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ilk oyunda 0:3 hesabı ilə məğlub olmasına baxmayaraq, cavab qarşılaşmasında 4:0 hesabı ilə qalib gələrək mərhələ keçən “qırmızılar” haqqında danışan alman mütəxəssis, həmin anda qürur hissi keçirdiyini deyib:
“Əvvəllər belə şeylər bacara biləcəyimizi bilirdim. “Barselona”yla oyun əla oldu. Alisson Bekker əla qurtarışlar etdi. Düşünürəm ki, həmin matçlarda imkanlarımızın həddində oynadıq.
Cəsarətli oynamasan, nə etməyindən asılı olmayaraq, nəticə əldə edə bilməyəcəksən. “Barselona”ya qarşı göstərdiyimiz oyun bunun sübutu idi. Biz həmin gün hər şeyin mümkün olduğunu anladıq. Bizim sadəcə “Barselona”nın ən yaxşı vəziyyətimizə qarşı oynayacağına əmin olmağımız lazım idi. Məşqçilik təcrübəm var, uzun müddət belə oyunlarda iştirak etmişəm və heç zaman fəxr etmirəm. Amma həmin an qürur duydum, o anın xüsusi olduğunu düşündüm”.
Bizi Facebook-da izləyin