Ronaldo fransalı futbolçunu “Əl-Nəsr”ə aparmaq istəyir
“Yuventus”un sabiq yarımmüdafiəçisi Adrien Rabyo əvvəllər Turin klubunda birlikdə oynadığı Kriştiano Ronaldo ilə yenidən bir araya gələ bilər.
Komanda.az “Il Corriere dello Sport”-a istinadən xəbər verir ki, fransalı futbolçu yaxın vaxtlarda “Əl-Nəsr”ə keçə bilər.
Səudiyyə Ərəbistanı klubu Rabyoya illik 20 milyon avro maaşla müqavilə təklif edib. 29 yaşlı futbolçu düşünmək üçün vaxt istəyib. Ronaldo şəxsən onu “Əl-Nəsr”in təklifini qəbul etməyə razı salmağa çalışır.
Rabyo bir müddət əvvəl “Milan”a keçməkdən imtina etmişdi. O, İngiltərə Premyer Liqasının aparıcı klublarından təklif gözləyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin