Konte: “Osimhen satılsaydı, vəziyyət daha yaxşı olardı”
“Napoli”nin baş məşqçisi Antonio Konte yay transfer pəncərəsində hücumçu Viktor Osimhenin satılmamasına münasibət bildirib.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis bunu söyləyib:
“Klubun transfer fəaliyyəti müəyyən problemlərə görə dayanıb. “Napoli” Osimheni satsaydı, vəziyyət daha yaxşı olardı. Amma bunu dəyişmək olmaz, biz davam edirik”.
25 yaşlı futbolçu ilə yay transfer pəncərəsində “Çelsi”, “Arsenal” və “Əl-Əhli” klubları maraqlanıb. O, 2023/24 mövsümündə A Seriyasında 25 oyun keçirib və 15 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin