Azərbaycan millisinin baş məşqçisi azarkeşlərə müraciət etdi
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında keçiriləcək İsveçlə oyundan öncə mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, portuqaliyalı mütəxəssis məşqçilər heyətinə yerli məşqçi dəvət olunacağını deyib:
“AFFA rəhbərliyi ilə müzakirə aparırıq. Yəqin ki, yaxın günlərdə açıqlanacaq. Millidə yerli məşqçi mütləq olmalıdır”.
O, azarkeşlərdən komandaya dəstək də istəyib:
“Azarkeşlərə müraciət edirəm, millidən yapışın. Bu, gələcək üçün bir layihədir. Yığmanı dəstəkləyin. Mənim deyil, futbolçuların buna ehtiyacı var. Çox xahiş edirəm, azarkeşlər dəstəyini əsirgəməsinlər. “Qarabağ”a baxıram, avrokuboklarda böyük dəstək görür”.
Yığma komanda Millətlər Liqasında sentyabrın 5-də Bakıda İsveçlə, ayın 8-də isə Koşitsedə Slovakiya ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin