Ronaldo: “Məşqçi olmaq fikrim yoxdur”

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo futboldakı gələcəyindən danışıb.

Komanda.az “A Bola”-ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu gələcəkdə başqa işlərlə məşğul olmağı planlaşdırdığını bildirib:

“Mən məşqçi olacam? İndi belə bir fikrim yoxdur. Futbolçu karyeramdan sonra başqa işlərlə məşğul olmağı planlaşdırıram. Amma reallıqda nə olacağını ancaq Allah bilir”.

Ronaldo 2023-cü ilin əvvəlində “Mançester Yunayted”lə qalmaqallı ayrıldıqdan sonra Səudiyyə Ərəbistanı klubuna keçib. O, ötən mövsüm 44 qol və 13 məhsuldar ötürmə ilə komandanın bombardiri olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button