“Biz heç vaxt təslim olmayacağıq”

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının açılış matçında “Əl-Raed”lə 1:1 hesabı ilə başa çatan oyunu şərh edib.

Komanda.az xəbər verir ki, portuqaliyalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında heç vaxt sakitləşməyəcəklərini bildirib:

“Biz heç vaxt sakitləşməyəcəyik və təslim olmayacağıq. Komandamızın əzmi sərhəd tanımır”.

Bərabərliklə başa çatan görüşdə “Əl-Nəsr”in yeganə qolunu Ronaldo vurub.

39 yaşlı futbolçu ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatının bombardiri olub. O, 31 matçda iştirak edib, 35 qol vurub, 11 məhsuldar ötürmə verib. Onun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button