MY futbolçusunu Yunanıstan klubuna satıb – 6 milyon avroya

“Mançester Yunayted”in yarımmüdafiəçisi Fakundo Pellistrinin “Panatinaikos”a keçməsi ilə bağlı klublar razılığa gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasındakı anlaşmaya görə, transfer məbləği 6 milyon avro olacaq. Müqaviləyə yarımmüdafiəçinin geri alınması məbləği daxildir.

22 yaşlı futboçunun keçidində Pellistrinin həmyerlisi olan Yunanıstan klubunun baş məşqçisi Dieqo Alonso mühüm rol oynayıb.

Uruqvaylı yrımmüdafiəçi “qırmızı şeytanlar”ın heyətində 25 oyun keçirib və 2 məhsuldar ötürmə edib. O, Uruqvay millisinin oyunçusudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button