AFFA və PFL rəhbərliyindən “Qəbələ”yə dəstək
“Qəbələ” bu gün Avropa Liqasının yeni mövsümündə ilk matçına çıxıb.
Komanda.az xəbər verir ki, əyalət təmsilçisi 2-ci təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tiflis) klubu ilə mübarizə aparır.
Bu komandalar arasında Qəbələdə baş tutan ilk oyunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç də izləyir. Onlar komandaya dəstək vermək üçün Qəbələyə yollanıblar və klub prezidenti Fariz Nəcəfovla birgə VİP lojada yerlərini alıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin