“Barselona”nın problemi var
“Barselona” yeni mövsüm üçün oyunçuların qeydiyyatı ilə bağlı problemlər yaşayır.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, komandanın beş futbolçusu sənədləşmə işlərini gözləyir. Söhbət Aleks Valla, Pau Viktor, Pablo Torres, İniqo Martinez və Dani Olmodan gedir.
Kataloniya klubu La Liqanın yeni mövsümünə avqustun 17-də baş tutacaq “Valensiya” ilə səfər matçı ilə başlayacaq.
“Barselona” İspaniya çempionatının son mövsümündə turnir cədvəlində ikinci yerdə qərarlaşıb. “Real” La Liqanın çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin