Silva yeni komanda yoldaşını təriflədi
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva “Mançester Yunayted”lə superkubok oyunundan sonra komandanın yeni cinah oyunçusu Savionun çıxışı haqda fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, braziliyalı futbolçunun yaxşı oyunçu olduğunu bildirib:
“O, çox sürətlidir, rəqibləri üçün çox təhlükəlidir. Savio işləmək və yeni şeylər öyrənmək istəyən yaxşı oğlandır. Onun bizimlə olmasına şadıq”.
Superkubok görüşü “şəhərlilər”in penaltilər seriyasında qələbəsi ilə başa çatıb (1:1, pen – 7:6).
Savio bu ilin iyul ayında “Troya”dan “Mançester Siti”yə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin