Qvardioladan azarkeşlərə üzücü xəbər
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Erlinq Halandla bağlı verdiyi xəbərlə klubun azarkeşlərini üzüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, norveçli forvardla bağlı risk etmək istəmədiklərini bildirib:
“Haland özünü narahat hiss edir. Biz risk etmək istəmirik. Amma gec-tez o, məşq və oyun dəqiqələri baxımından növbəti addımı atmalı olacaq. Mövsümün başlamasına az qalıb. Biz onu üç həftə və ya bir aylıq itirmək riskinə girmək istəmirik. Bu, problemə çevriləcək”.
Norveçli hücumçunun səhhətində müəyyən problemlər var və bu səbəbdən də, o, “Milan”la son oyunda meydanda cəmi 45 dəqiqə keçirib.
“Mançester Siti” 2024/25 mövsümünün ilk oyununu avqustun 10-da – İngiltərə superkubokunda “Mançester Yunayted”ə qarşı keçirəcək.
Bizi Facebook-da izləyin