“Barselona” İspaniya millisinin üzvü ilə razılaşıb
“Barselona” yay transfer pəncərəsində heyətini gücləndirməyə çalışır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu yarımmüdafiəçi Dani Olmonu transfer etmək üçün hər cür səy göstərir.
“Barselona” 26 yaşlı futbolçu ilə 2029/2030 mövsümünün sonuna qədər – 6 illik müqaviləyə razılaşıb.
Kataloniyalılar Olmo üçün yeni təklifi “Leyptsiq”ə göndərib. Onlar ispaniyalı oyunçu üçün 55 milyon, asan əldə edilən bonuslara görə 4 milyon və çətin əldə edilən bonuslar üçün isə 3 milyon avro təklif ediblər.
AÇ-2024-də çıxış edən Dani Olmonun özü də “Barselona”ya keçmək istəyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin