“Atletiko” ispan futbolçunun transferi ilə bağlı razılığa gəlib – Rəsmi
İspaniya millisinin və “Real Sosyedad”ın müdafiəçisi Robin le Norman “Atletiko”ya keçir.
Komanda.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytında hər iki tərəfin Avropa çempionunun transferi ilə bağlı razılığa gəldiyi bildirilib.
Müqavilə yaxın bir neçə gün ərzində rəsmiləşəcək. Le Norman paytaxt klubu ilə uzunmüddətli müqavilə imzalayacaq.
27 yaşlı müdafiəçi ötən mövsüm 43 oyun keçirib, 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin