“Sabahkı oyunda ajiotaj gözləyirəm” – Samir Abasov

Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Macarıstan klubu “Fehervar”la qarşılaşacaq “Sumqayıt”ın baş məşqçisi Samir Abasov bu matçdan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, mütəxəssis bu gün baş tutan oyundan öncəki mətbuat konfransında bunları dilə gətirib:

“Sabah bizi ağır oyun gözləyir. Öz meydançamızda oynayırıq. Ajiotaj gözləyirəm. İnanıram ki, azarkeşlər tribunaları dolduracaq. İnşallah, sabah ümidləri doğrultmaq üçün meydançaya çıxacağıq. Baxmayaraq ki, birinci oyundur. İnanıram ki, maraqlı oyun olacaq”.

“Sumqayıt” – “Fehervar” görüşü iyulun 25-də saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Bu komandalar arasında cavab qarşılaşması isə iyulun 31-də Macarıstanda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button