“Çempion ola bilməsək, heç olmasa, mübarizə aparacağıq”

“Atletiko”nun kapitanı Koke komandanın yeni mövsümdə “Real” və “Barselona”nı üstələmək şanslarından danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu, çempionluq titulu uğrunda mübarizə apara biləcəklərini söyləyib:

“Biz çempionluq titulu uğrunda mübarizə apara bilərikmi? Bunu özümüzdən tələb etməliyik. Niyə də yox? “Real” və “Barselona”nın, eləcə də “Mançester Siti” kimi Avropanın ən yaxşı komandalarının səviyyəsini bilirik, lakin biz iddialı olmalı və ən yüksək hədəflərə çatmalıyıq. Çempion ola bilməsək, heç olmasa, mübarizə aparacağıq. Aydındır ki, biz kuboklar qazanmaq istəyirik”.

“Real” La Liqanın yeni mövsümündə favorit hesab olunur. İspaniya çempionu heyətini Kilian Mbappe ilə gücləndirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button